image-c61c56e4-2c26-49cb-b83f-5b8ec2334d49backend

Erməni və farslardan iyrənc addım: Tarixi məsciddə saxtakarlıq etdilər

image-ads-728x90

İrəvandakı qədim Azərbaycan memarlıq abidəsi olan Göy məsciddiə Kitab və Mütaliə Günü münasibəti ilə Azərbaycanın dahi şairi Nizami Gəncəvinin irsinə həsr olunmuş uydurma “İran ədəbi irsi” adlı sərgi keçirilib.

Korrekt.az erməni mediasına istinadən xəbər verir ki, sərgi İranın Ermənistandakı Səfirliyinin Mədəniyyət Mərkəzi, Stepanavan Şəhər Mədəniyyət Mərkəzi və Muzeyi ilə əməkdaşlıq çərçivəsində təşkil olunub.

Sərgidə Nizami Gəncəvinin “Yeddi Gözəl”, “Leyli və Məcnun”, “Xosrov və Şirin”, “İsgəndərnamə” və “Sirlər Xəzinəsi” kimi əsərlərinin əlyazma materialları və tədqiqat nümunələri daxil olmaqla 25 nadir material nümayiş etdirilir.

İranın Ermənistandakı mədəniyyət müşaviri Məhəmməd Əsədi Movəhhed isə Nizami Gəncəvinin irsinin təqdimatının İran-Ermənistan mədəni əlaqələrinin dərinliyini göstərdiyini deyib və əsərlərin erməni dilinə tərcüməsinin dəstəklənməsinin nəzərdə tutulduğunu açıqlayıb.

image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki