Ermənistan Silahlı Qüvvələrində növbəti kadr dəyişiklikləri həyata keçirilib.
Korrekt.az xəbər verir ki, Ermənistan KİV-inin yaydığı məlumata görə, müdafiə nazirinin əmri ilə general-mayor Albert Bağdadyan müdafiə nazirinin müşaviri vəzifəsinə təyin olunub.
Digər təyinatla general-mayor Armen Gyozalyan isə Ermənistan Müdafiə Nazirliyinin Hərbi Nəzarət Xidmətinin rəis müavini vəzifəsinə gətirilib.





















