image-ea645829-6b45-4c93-b61b-bcdec5f077a8_740backend

Ermənistan parlamenti sərhədləri sıfırlayıb, ona görə də…– Sabiq nazirdən ermənilərə cavab

image-ads-728x90

Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov sosial şəbəkələrdə Ermənistan-Azərbaycan münasibətləri və sərhədlərin delimitasiyası mövzusunda manipulyasiya etməyə çalışan erməni rəyçilərə kəsərli cavab verib.

Korrekt.az xəbər verir ki, sabiq nazir erməni şərhçi Artur Osipyanın iddialarını darmadağın edərək, Ermənistan tərəfinin mahiyyətdən qaçmaq cəhdlərini ifşa edib.

T.Zülfüqarov bildirib ki, erməni tərəfi, eləcə də Baş nazir Nikol Paşinyan Ermənistan-Azərbaycan münasibətlərinə dair hər hansı bir diskussiyanı dərhal predmeti dəyişərək “Böyük Tiqran” nağılları üzərində qurmağa çalışır.

Ekspert vurğulayıb ki, hazırkı müzakirələrin əsas mövzusu 1920-1989-cu illər arasında Azərbaycan SSR və Ermənistan SSR arasındakı inzibati sərhədlərin dəyişmə dinamikasıdır: “Sərhədlərin müəyyən edilməsi üçün baza rolunda Alma-Ata Bəyannaməsi təklif olunur ki, orada da ‘mövcud sərhədlər’dən bəhs edilir. Lakin 1989-cu ildən sonra tərəflər arasında de-fakto və de-yure heç bir sərhəd olmayıb. Çünki Ermənistan parlamenti özünün “miatsum” qərarı, Müstəqillik Bəyannaməsi və Konstitusiyası ilə sovet inzibati sərhədlərini sıfırlayıb, qüvvədən salıb. Deməli, sərhədlərin təyini üçün əsas baza 28 aprel 1920-ci ildən başlayan sovet inzibati sərhədlərinin hər hansı bir variantı ola bilər. Ona görə də erməni şərhçilərin region xalqlarının etnogenezi və tarixinə dair sualları predmetdən qaçmaq cəhdidir”.

Sabiq nazir erməni tərəfinə real analiz aparmaq üçün mifləri kənara qoyub konkret sənədlərə baxmağı məsləhət görüb:

-Vaşinqton və Praqa razılaşmaları;

-Alma-Ata Bəyannaməsi (şərhlər yox, məhz sənədin orijinal mətni);

-Sərhəd dəyişikliklərinə dair arxiv sənədləri;

-Ermənistanın Müstəqillik Bəyannaməsi və Konstitusiyasının mətni;

-Ermənistan Parlamentinin Alma-Ata Bəyannaməsinə etdiyi düzəlişlərin mətnləri.

Politoloq sonda erməni cəmiyyətinə və ekspertlərinə mühüm bir reallığı xatırladıb: “Erməni şərhçilərin anlaması vacib olan əsas məsələ budur: 28 aprel 1920-ci ilə qədər olan bütün xəritələr, sənədlər və tarixçilərin rəyləri hazırda aktual deyil. Onların iki dövlət arasında sərhədlərin müəyyən edilməsi prosesinə heç bir aidiyyatı yoxdur”.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki