image-1backend

Ermənistanın yeni Konstitusiyasının mətni hələ dərc olunmağa hazır deyil

image-ads-728x90

Ermənistanda yeni Konstitusiyanın layihə mətninin hələlik ictimaiyyətə təqdim olunmayacağı açıqlanıb.

Korrekt.az xəbər verir ki, bu barədə Ermənistanın ədliyyə naziri Srbuhi Qalyan yerli televiziya kanalında yayımlanan brifinq zamanı məlumat verib.

Nazirin sözlərinə görə, yeni Konstitusiyanın mətninin dərc olunması məsələsi son olaraq hakim Mülki Müqavilə Partiyasının İdarə Heyətinin iclasında müzakirə edilib. O bildirib ki, layihə ilə bağlı bəzi həmkarlarının rəy və təklifləri hələ təqdim edilmədiyindən sənədin yekunlaşdırılması üçün əlavə vaxta ehtiyac var.

“Yaxın gələcəkdə layihə ilə bağlı daha bir və ya iki müzakirə keçiriləcək. Hazırda müəyyən həmkarlarımızın fikirlərini gözləyirik və onların toplanması üçün bir-iki həftə vaxt tələb olunur. Bundan sonra mətnin dərc olunmağa hazır olub-olmadığını müəyyənləşdirəcəyik”, – deyə Qalyan bildirib.

Nazir vurğulayıb ki, Konstitusiya layihəsinin ictimaiyyətə təqdim olunması ilə bağlı qərar fərdi deyil, kollektiv şəkildə qəbul edilməlidir. Onun sözlərinə görə, müvafiq qərar verildikdən sonra sənəd ictimaiyyətə açıqlanacaq.

Srbuhi Qalyan əlavə edib ki, layihənin indiyədək dərc edilməməsinin əsas səbəbi mətnin tam hazır olmaması və bəzi mütəxəssislərin öz rəy və şərhlərini vaxtında təqdim edə bilməməsidir.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki