image-1backend

Gələcəyin xilasedicisi canlı tarakanlar olacaq: yeni texnologiya

image-ads-728x90

Sinqapur alimləri tarakan-kiborqlar üçün hazırladıqları yeni sualtı kostyumla diqqət çəkiblər.

Korrekt.az xəbər verir ki, Sinqapurun Nanyanq Texnologiya Universitetinin mühəndisləri tarakan-kiborqlar üçün miniatür sualtı kostyumlar hazırlayıblar.

Sistem həşəratların üç saata qədər su altında qalmasına imkan verir.

Alimlərin fikrincə, bu cür kostyumlar gələcəkdə güclü daşqınlardan sonra su altında qalan ərazilərdə axtarış-xilasetmə əməliyyatlarında istifadə oluna bilər.

Kostyum 3D çap texnologiyası ilə qətran materialından hazırlanıb. Quruluş tarakanın qarın hissəsindəki tənəffüs dəliklərini sudan qoruyur, nazik borular isə döş qəfəsindəki tənəffüs dəliklərinə qoşularaq cihazın daxilində istehsal olunan oksigeni ötürür.Musavat.com



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki