image-1backend

Hakan Fidan: ABŞ və  İranın atəşkəsə  ehtiyacı var

image-ads-728x90

Bu gün Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ və İran arasında aparılan danışıqların uğursuz olduğunu və nəticəsiz qaldığını bildirib.

Korrekt.az xəbər verir ki, Fidan qeyd edib ki, hazırda həm Vaşinqton, həm də Tehran tərəfi atəşkəsə ehtiyac duyur. “Gördüyüm qədəri ilə, hazırda hər iki tərəfdə atəşkəsə səmimi ehtiyac var”, – deyə nazir vurğulayıb.

Türkiyə XİN rəhbəri danışıqlarda İsrail faktorunun da mühüm rol oynadığını bildirib və İsrailin prosesdə pozucu rolunun nəzərə alınmalı olduğunu qeyd edib.

Fidanın sözlərinə görə, hazırda həm amerikalılar, həm də iranlılar öz ölkələrinə qayıdıblar. O, əlavə edib ki, İran tərəfi ABŞ-nin təqdim etdiyi təklifi qiymətləndirəcək və cavab verəcək.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki