Aparıcı Nübar Əbil uzun fasilədən sonra yenidən efirə qayıdıb.
Nübar Əbil fəaliyyətini Space Televiziyasında davam etdirəcək.
Aparıcı “Səhər növbəsi” verilişi ilə izləyicilərini salamlayacaq. Peşəkar təqdimatı, özünəməxsus üslubu və zəngin aparıcılıq təcrübəsi ilə seçilən Nübar Əbil, həmçinin Biznes TV-nin efirində yayımlanan “Aqrar Biznes” verilişinin aparıcısı kimi də tamaşaçılarla görüşəcək. Layihə kənd təsərrüfatının inkişafı, aqrar innovasiyalar, sahibkarlıq imkanları və bu sahədəki yenilikləri işıqlandıran, aqrar sektorun nəbzini tutan verilişdir.
Qeyd edək ki, Nübar Əbil müxtəlif illərdə müxtəlif formatlı verilişlərə aparıcılıq edib.





















