image-1backend

Bu gün ağır və kövrək günlərdən biridir…

image-ads-728x90

Bu gün əziz dostumuz, qardaşımız Ruslan Quliyevin doğum günüdür. Təəssüf ki, bu günü artıq onsuz qeyd edirik…

Ruslanla dostluğumuz uzun illərə söykənirdi. O, sadəcə yaxşı dost deyil, həm də böyük ürəyə sahib, vətənpərvər, ailəcanlı, dostcanlı və səmimi bir insan idi. Onu tanıyan hər kəs bu xüsusiyyətlərini yaxşı bilirdi.

Ruslan Azərbaycan turizminə böyük töhfələr vermiş, ömrünü bu sahəyə həsr etmiş turizm fədailərindən biri idi. Vətənini sevən, dostlarına dəyər verən, ətrafına yaxşılıq bəxş edən gözəl insan idi.

Onun iyun ayında əbədiyyətə qovuşması bizi dərindən sarsıtdı. Yoxluğu hər birimizin qəlbində ağrıya çevrildi. Bəlkə də zaman keçir, həyat davam edir, amma bəzi insanların yoxluğu ilə heç vaxt barışmaq olmur.

Bu gün dostları və ailəsi onun məzarını ziyarət edir. Kaş ki, bu gün doğum gününü məzarının başında deyil, yenə də dostlarla bir süfrə ətrafında, gülüşlər və xoş söhbətlərlə qeyd edəydik…

Əziz qardaşım Ruslan, sən bu gün aramızda olmasan da, xatirən, yaxşılıqların və dostluğun hər zaman bizimlədir. İnanıram ki, səni tanıyan hər kəs səni hörmətlə, sevgi ilə xatırlayacaq.

Ruhun şad, məkanın cənnət olsun, əziz dostum!

Sən bizim yaddaşımızda hər zaman yaşayacaqsan.

Turizmin fədaisi, vətənin aşiqi, dostluğun və sədaqətin unudulmaz siması…

Ramil Əliyev

“Öndər” YouTube Kanalının rəhbəri



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki