image-1backend

Pezeşkian: “Prezident olsam da, evimdə istilik cihazı yandırmıram, gödəkçə ilə yatıram”

image-ads-728x90

İran Prezidenti Məsud Pezeşkian ölkədə enerji istehlakının azaldılmasının vacibliyindən danışarkən şəxsi həyatından maraqlı açıqlama verib.

20 noyabr 2026-cı il tarixində Tehran Universitetində tələbələrlə görüşən dövlət başçısı bildirib ki, prezident olmasına baxmayaraq, öz evində istilik cihazlarından istifadə etmir və gecələr soyuqdan qorunmaq üçün üst geyimində yatır.

Korrekt.az xəbər verir ki, bu barədə “Azad İran” Telegram kanalı məlumat yayıb.

“Evdə mən də sizin kimi yatmıram. Mən prezidentəm, amma gödəkçə və paltarla yatıram. Evimdə heç bir isitmə cihazı yoxdur. İnanmayan varsa, onu evimə aparıb göstərə bilərəm”, – deyə Pezeşkian bildirib.

İran prezidentinin sözlərinə görə, ölkədə enerji istehlakının azaldılması və qənaət rejiminə əməl olunması vacibdir. O, öz nümunəsini göstərərək vətəndaşları enerji resurslarından daha qənaətlə istifadə etməyə çağırıb.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki