Korrekt.az xəbər verir ki, İsrail ordusu HƏMAS-ın təchizat və logistika üzrə komandanı Yəhya Əbu-Ləbdanın öldürüldüyünü açıqlayıb.
Məlumata görə, Əbu-Ləbda təşkilatın hərbi qanadı üçün silah və texnikanın tədarükü, eləcə də daşınmasına cavabdeh olub. O, raket istehsalı üçün xammal və elektron komponentlərin təmin edilməsində mühüm rol oynayıb.
Bildirilir ki, onun koordinasiya etdiyi bəzi avadanlıqlar 2023-cü il oktyabrın 7-də ildə İsrailin cənubuna edilən hücumlarda istifadə olunub.
İsrail Müdafiə Qüvvələrinin mətbuat xidmətinin açıqlamasında qeyd edilib ki, əməliyyatlar davam edəcək





















