image-resizebackend

Hikmət Hacıyev Şuşada “Tiktok” və “Linkedin”lə görüşüb

image-ads-728x90

Prezidentin köməkçisi Hikmət Hacıyev Şuşada “Tiktok” və “Linkedin”in məsul şəxsləri ilə uşaqların onlayn qorunması məsələlərini müzakirə edib.

Bu barədə Prezidentin köməkçisi özünün “X” hesabında paylaşım edib:

“4-cü Şuşa Qlobal Media Forumunda “TikTok”un Şərqi Avropa üzrə Hökumət Əlaqələri və İctimai Siyasət şöbəsinin rəhbəri Diana Ryan, “LinkedIn”in Dövlət Sektoru və NFP Satışları (EMEA və LATAM) rəhbəri Seamus Clancy və Dharana Digital şirkətinin direktoru, süni intellekt və sosial media üzrə müəllim, tədqiqatçı və müəllif Dr. Karen Sutherland ilə məhsuldar görüşlər.

Biz Azərbaycanla əməkdaşlığın genişləndirilməsi, rəqəmsal idarəetmə və uşaqların onlayn şəkildə daha yaxşı qorunması üçün Azərbaycanın yeni qanunvericiliyinin tətbiqi məsələlərini müzakirə etdik, eyni zamanda beynəlxalq ən yaxşı təcrübələr barədə fikir mübadiləsi apardıq”.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki