Korrekt.az xəbər verir ki, Tehran şəhərində bir qrup iranlı “Allahu Əkbər” şüarları səsləndirərək rejimə dəstək məqsədilə yürüş keçirib.
Yerli mənbələrin məlumatına görə, aksiyada iştirak edənlər İran hakimiyyətinə dəstəklərini ifadə ediblər. Yürüş zamanı müxtəlif şüarlar səsləndirilib.
Bildirilir ki, yürüşə qatılanlar arasında rejimə bağlı olan Hizbullah bayraqları qaldıran silahlı qadınlar da yer alıb.
Aksiyanın hansı təşkilat tərəfindən keçirildiyi və iştirakçıların sayı barədə rəsmi məlumat açıqlanmayıb.





















