image-1backend

Hizbullahın əsas fiquru öldürüldü 

image-ads-728x90

Dünən İsrail ordusu SEPAH-ın Qüds qanadının Livan bölməsinin mühəndislik şöbəsinin rəisi Mehdi Vəfayinin İrana endirilən hava zərbələri zamanı öldürüldüyünü açıqlayıb.

Korrekt.az xəbər verir ki, İsrail ordusunun mətbuat xidmətinin məlumatına görə, Mehdi Vəfayi son 20 il ərzində Livan və Suriyada yeraltı layihələrə rəhbərlik edib. Bildirilir ki, o, Hizbullah və Suriyanın keçmiş prezidenti Bəşar Əsədin rejimi üçün yeraltı qurğuların tikintisinə nəzarət edib.

Açıqlamada qeyd olunub ki, Vəfayi Livanda silahların saxlanılması üçün istifadə edilən onlarla yeraltı obyektin inşasında və idarə olunmasında əsas fiqurlardan biri olub.

İsrail ordusunun bəyanatında vurğulanıb ki, Vəfayinin öldürülməsi Hizbullahın yeraltı infrastruktur qurmaq imkanlarını zəiflədəcək və İranın Yaxın Şərqdə silahlı qrupları dəstəkləmə fəaliyyətinə ciddi zərbə vuracaq.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki