image-1backend

İlham Əliyev sərəncam imzaladı

image-ads-728x90

Özbəkistanda diplomatik missiyası başa çatan Azərbaycan səfiri Hüseyn Quliyev 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Korrekt.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncamla o, bu mükafata Azərbaycanın diplomatik xidmət orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə layiq görülüb.

Qeyd edək ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev bu gün iki ölkə arasındakı münasibətlərinin möhkəmləndirilməsində böyük töhfəsinə görə Hüseyn Quliyevə “Mehnat Shuhrati” ordenini təqdim edib.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki