image-images-4backend

İran ABŞ-ın planını rədd etdi, danışıqlardan imtina etdi

image-ads-728x90

İran ABŞ-ın münaqişənin həlli ilə bağlı irəli sürdüyü təklifləri rədd edib və danışıqlardan imtina etdiyini açıqlayıb.

Korrekt.az xəbər verir ki, Livanın Hizbullaha yaxınlığı ilə tanınan “Əl Mayadeen” televiziya kanalının məlumatına görə, Tehran Pakistan vasitəsilə Vaşinqtonun təqdim etdiyi 15 bəndlik planı qəbul edə bilməyəcəyini bildirib.

Mənbənin məlumatına əsasən, ABŞ-ın təklif etdiyi sənəddə İranın üç əsas nüvə obyektinin sökülməsi, uranın zənginləşdirilməsinin tam dayandırılması, raket proqramından imtina, proksi qruplara dəstəyin məhdudlaşdırılması və Hörmüz boğazının tam açılması kimi şərtlər yer alıb. Rəsmi Tehran isə bu tələbləri qəbuledilməz hesab edib.

Press TV-nin yaydığı məlumata görə, İranın yüksək səviyyəli siyasi və təhlükəsizlik rəsmiləri bildiriblər ki, ölkə yalnız öz şərtləri təmin olunduğu halda müharibəni dayandırmağa hazırdır.

Eyni zamanda qeyd olunur ki, Vaşinqton müxtəlif diplomatik kanallar vasitəsilə danışıqlar aparmağa çalışsa da, Tehran bu təklifləri reallıqdan uzaq və həddindən artıq hesab edir.

Bundan əvvəl İran hökumətinin İnformasiya Şurasının rəhbəri ABŞ prezidenti Donald Trampın Tehranla danışıqlar aparıldığı barədə iddialarını təkzib edib.

“ABŞ heç bir nəticə əldə edə bilməyib və dünya ictimaiyyətinə cavab verə bilmir. Tramp sülh və danışıqlar barədə danışsa da, bu iddialar tamamilə əsassızdır. O, danışıqların ortasında müharibəyə başlayıb və bu dəfə də uğur qazana bilməyəcək”.- deyə İran hökumətinin İnformasiya Şurasının rəhbəri bildirib.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki