image-1backend

İran–ABŞ razılaşması: Qalibaf və Vens imza mərasimində iştirak edəcək

image-ads-728x90

İran rəsmiləri ABŞ ilə əldə olunan razılaşmanın rəsmi imzalanma mərasiminə hazırlıq işlərinin davam etdiyini açıqlayıb.

Korrekt.az xəbər verir ki, İran xarici işlər nazirinin müavini Məcid Təxt Rəvançi bildirib ki, İran Parlamenti və danışıqlar nümayəndə heyətinin rəhbəri Məhəmməd Bağır Qalibaf, həmçinin ABŞ-ın vitse-prezidenti Cey Di Vens İran və ABŞ arasında əldə edilən razılaşmanın imzalanma mərasimində iştirak edəcəklər.

Yarımrəsmi Tasnim Xəbər Agentliyinin məlumatına görə, Rəvançi bu açıqlamanı İranın xarici işlər naziri Abbas Araqçinin xarici ölkələrin səfirləri və diplomatik nümayəndələri ilə görüşü zamanı jurnalistlərin suallarını cavablandırarkən verib.

Rəvançi qeyd edib ki, müharibə Hörmüz boğazı da daxil olmaqla bütün istiqamətlər üzrə başa çatıb. Onun sözlərinə görə, razılaşma memorandumuna Hörmüz boğazının açılması, dəniz blokadasının aradan qaldırılması və İranın dondurulmuş aktivləri ilə bağlı məsələlər daxil edilib.

Diplomat əlavə edib ki, imzalanma mərasiminin İsveçrədə keçirilməsi planlaşdırılır, lakin dəqiq məkan hələ müəyyənləşdirilməyib. O, həmçinin vurğulayıb ki, nüvə məsələləri ilə bağlı müzakirələr memorandum imzalandıqdan sonra başlayacaq.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki