SEPAH-a yaxın “Fars News” agentliyi “məlumatlı mənbəyə” istinadən bildirib ki, İranın qərarı əsasında Çin gəmilərinin Hörmüz boğazından keçidi başlayıb.
Korrekt.az xəbər verir ki, agentliyin məlumatına görə, Tehran bu addımı İslam Respublikasının boğazın idarə olunması üçün müəyyən etdiyi protokollar barədə razılaşma əldə edildikdən sonra atıb.
Bildirilib ki, dünən bir sıra Çin gəmiləri Hörmüz boğazından keçməyə başlayıb.
Məlumata əsasən, qərar Çin tərəfinin təqibindən sonra və Tehran və Pekin arasında mövcud olan “strateji münasibətlər” çərçivəsində qəbul olunub və Çinin tələb etdiyi gəmilərə keçid icazəsi verilib.





















