image-images-2backend

İran  dayanmadı : Kürd partiyasının bazasını vurdu 

image-ads-728x90

Bu gecə İran qüvvələri İraq Kürdüstan Bölgəsində Ərbil şəhərinin şimalında yerləşən və İslam Respublikasına müxalif mövqedə olan kürd partiyalarından birinin qərargahını iki pilotsuz uçuş aparatı (PUA) ilə hədəfə alıb.

Korrekt.az xəbər verir ki, bununla bağlı, “Reuters” agentliyi məlumat yayıb.

Hücuma məruz qalan partiyanın adı, eləcə də zərər və mümkün itkilər barədə əlavə məlumat verilməyib.

Qeyd olunur ki, ABŞ və İsrailin İrana hücumları zamanı və ondan sonrakı dövrdə Tehran İraqın şimalında yerləşən kürd qruplaşmalarının bazalarına bir neçə dəfə zərbələr endirib.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki