image-1backend

İran Dubayı ürəyindən VURDU: Beynəlxalq maliyyə mərkəzi DAĞIDILDI

image-ads-728x90

Əmirlik hökumətinin verdiyi açıqlamada Dubayın mərkəzindəki bir binanın partlayış nəticəsində kiçik ziyan gördüyü bildirilib. Agentlik partlayışı “uğurla məhv edilmiş bir obyektdən” düşən dağıntılarla əlaqələndirib.

Korrekt.az xəbər verir ki, hakimiyyət orqanlarının məlumatına görə, hadisə nəticəsində heç kim xəsarət almayıb. Dubayın hava hücumundan müdafiə sistemi tərəfindən məhv edilən konkret obyekt müəyyən edilməyib. BƏƏ Müdafiə Nazirliyi hələlik hadisə ilə bağlı şərh verməyib.

Daha əvvəl İrana məxsus pilotsuz təyyarənin Dubaydakı DIFC binasının yaxınlığında partladığı bildirilmişdi. Hadisə nəticəsində ərazidə tüstü qalxmış və pəncərələr sınmışdı. İran pilotsuz təyyarəsi həmçinin Cümeyra çimərliyinə hücum etmiş və ərazidə partlayışlar baş vermişdi. Media hadisədən sonra şəhərin üzərində qara tüstü sütununun göründüyünü bildirmişdi.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki