image-1backend

İran hələlik razılaşmaya cavabını ABŞ-a göndərməyib- Mehr

image-ads-728x90

İran hələlik iki ölkə arasındakı münaqişəyə son qoymağı hədəfləyən ABŞ ilə təklif olunan yekun razılaşmaya cavab verməyib. Korrekt.az xəbər verir ki , İran danışıqlar qrupuna yaxın mənbə iyunun 2-də Mehr xəbər agentliyinə bildirib.

O qeyd edib ki, Tehranda yekun mətnlə bağlı müzakirələr davam edir. Həmçinin bildirilir ki, ABŞ-ın öhdəliklərini yerinə yetirməməsi və uzun müddətdir davam edən etimadsızlığı nəzərə alınmaqla, İran təklifi son dərəcə ehtiyatla öyrənir.

“Keçmiş təcrübəyə əsaslanaraq, İran real və hiss olunacaq qazanc əldə etməyə çalışır. Amerika müharibədən narahatdır, biz isə razılaşmadan narahatıq, çünki Amerika müharibəyə çoxlu pul xərcləyib və heç nəyə nail olmayıb”, – deyə o əlavə edib.

Mənbə İranın yanaşmasının konkret və təsdiqlənə bilən addımlar prinsipinə əsaslandığını vurğulayaraq, ölkənin əvvəllər də qarşı tərəfdən vicdansızlıqla üzləşdiyini qeyd edib.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki