İran Hörmüz boğazına nəzarətdən imtina etməyəcək və bu strateji dəniz yolu üzərində nəzarəti gücləndirəcək. Korrekt.az xəbər verir ki, bu barədə Silahlı Qüvvələrin mərkəzi qərargahı olan Xatəm əl-Ənbiya bildirib.
Tasnim xəbər agentliyinin sitat gətirdiyi bəyanatda Tehranın “heç bir halda qanuni hüquqlarından imtina etməyəcəyi” və regional təşəbbüsü qoruyub saxlayaraq “boğazın idarə olunmasını yeni səviyyəyə qaldırmaq” niyyətində olduğu vurğulanır.





















