image-1backend

İran İsraili ürəyindən vurdu: Təl-Əvivdə dəhşətli partlayışlar oldu

image-ads-728x90

İsrail mətbuatının yaydığı məlumata görə, İran tərəfindən ölkənin mərkəzi bölgələrinə raket hücumu həyata keçirilib. Hadisə nəticəsində azı altı nəfərin yaralandığı bildirilir. Xilasetmə xidmətləri bir neçə fərqli ərazidə əməliyyat aparır.

Təcili yardım qurumlarının açıqlamasına əsasən, Təl-Əviv ərazisində dörd müxtəlif nöqtədə zərbələr qeydə alınıb. İlkin məlumatlara görə, bəzi raketlər birbaşa yaşayış məntəqələrinə düşüb. Şəhərin müxtəlif hissələrində partlayış səsləri eşidilib ki, bu da sakinlər arasında ciddi təşvişə səbəb olub. Hadisə nəticəsində yaşayış binalarına ciddi ziyan dəyib, yaralılara tibbi yardım göstərilir.

İsrail Müdafiə Qüvvələri (İMQ) daha əvvəl İrandan yeni raket buraxılışı ilə bağlı xəbərdarlıq edib. Bu xəbərdarlıqdan sonra mərkəzi İsraildə, o cümlədən Təl-Əviv və ətraf bölgələrdə hava hücumu siqnalları səsləndirilib. Sirenalardan dərhal sonra bir neçə partlayış baş verib.

Qeyd edək ki, bu, gün ərzində İMQ tərəfindən edilən beşinci raket xəbərdarlığıdır. Ordudan verilən məlumata görə, hava hücumundan müdafiə sistemləri raketlərin bir qismini zərərsizləşdirib.

İran mətbuatı da hücum faktını təsdiqləyərək, raketlərin İsrail ərazisinə doğru atıldığını bildirib. “Əl-Hədəs” telekanalı isə yayımladığı məlumatda mərmilərin əsasən ölkənin mərkəzi bölgələrini hədəf aldığını iddia edir.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki