İranın xarici işlər naziri Abbas Əraqçı İslamabadda danışıqların uğursuz başa çatmasına münasibət bildirərək,Tehranın münaqişəyə son qoymaq üçün səylərində “xoş niyyətlə” hərəkət etdiyini bildirib.
Korrekt.az xəb ər verir ki, Əraqçı bununla bağlı, “X” hesabında paylaşım edib. Onun sözlərinə görə, tərəflər “İslabad razılaşmasından bir neçə addım aralıda” olduqda danışıqlar aşağıdakılarla qarşılayıb: həddindən artıq tələblər, daim dəyişən şərtlər, blokada təhdidləri.
“Heç bir dərs çıxarılmayıb. Xoş niyyət xoş niyyət doğurur; düşmənçilik düşmənçilik doğurur”, – deyə, o, qeyd edib.





















