image-pezeskian-iran-bankbackend

İran radikalları Nəcəfdə Pezeşkian və Əraqçıya hücum edib – VİDEO 

image-ads-728x90

İraqın Nəcəf şəhərində İranın ali rəhbəri Əli Xameneinin vida mərasimi zamanı insident baş verdiyi iddia olunur.

Sosial şəbəkələrdə yayılan görüntülərə əsasən, İmam Əlinin ziyarətgahından çıxan İran Prezidenti Məsud Pezeşkian və xarici işlər naziri Abbas Əraqçı İran hakimiyyətinə bağlı olduğu bildirilən radikal qrupun hücumuna məruz qalıblar.

Kadrlarda izdihamın yüksək vəzifəli rəsmilərə yaxınlaşdığı və gərgin anların yaşandığı görünür. Hadisə nəticəsində xəsarət alanlar və ya saxlanılan şəxslər barədə rəsmi məlumat açıqlanmayıb.
İran və İraq rəsmiləri insidentlə bağlı hələlik rəsmi bəyanat verməyiblər. Beynəlxalq agentliklərin məlumatlarında isə Nəcəfdə keçirilən mərasim zamanı izdiham səbəbindən təhlükəli anların yaşandığı təsdiqlənsə də, Pezeşkian və Əraqçının məqsədli hücuma məruz qalması barədə rəsmi təsdiq yoxdur.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki