image-1backend

İran Trampı HƏDƏLƏDİ: Əks halda…

image-ads-728x90

İran xarici işlər nazirinin müavini Kazem Qəribabadi ABŞ prezidentinin İranın mülki infrastrukturuna mümkün hücumlarla bağlı bəyanatlarını sərt şəkildə tənqid edib. O bildirib ki, belə addımlar atılacağı təqdirdə Tramp “super müharibə cinayətkarı” kimi tarixə düşə bilər.

Korrekt.az xəbər verir ki, Qəribabadi sosial şəbəkədə yaydığı açıqlamada qeyd edib ki, İranın ərazi bütövlüyünə qarşı güc tətbiqi Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin açıq şəkildə pozulması hesab olunur. O vurğulayıb ki, bu cür addımlar BMT Baş Assambleyasının 3314 saylı qətnaməsinə əsasən təcavüz aktı kimi qiymətləndirilə bilər.

Diplomat əlavə edib ki, mülki obyektlərə – enerji infrastrukturu, elektrik stansiyaları və körpülərə hücum təhdidləri beynəlxalq hüquqa ziddir və bu, həmçinin Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutuna görə müharibə cinayəti sayılır. Onun sözlərinə görə, belə hallarda məsul şəxslər beynəlxalq və milli məhkəmələr qarşısında fərdi cinayət məsuliyyəti daşıyır.

Qəribabadi vurğulayıb ki, İran özünümüdafiə hüququnu qoruyur və Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq hər hansı hücum və ya təhdidə “dərhal və qətiyyətlə” cavab verəcək.

Sonda iranlı rəsmi ABŞ prezidentinə müraciət edərək bildirib ki, bu cür təhdidlərin nəticələri yalnız İranla məhdudlaşmayacaq və rəsmi Vaşinqton bu addımların mümkün ağır nəticələrini nəzərə almalıdır.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki