image-1backend

“İran və ABŞ arasında razılaşma olsa da”…- Politoloq

image-ads-728x90

“İran və ABŞ arasında əldə oluna biləcək razılaşmaya baxmayaraq, regionda gərginlik davam edir və bu, xüsusilə Livan istiqamətində özünü göstərir.”– bu fikirləri politoloq Arzuman Muradlı bildirib.

Onun sözlərinə görə, rəsmi Tehran atəşkəsə tam şəkildə riayət etmək niyyətində deyil:

“İran və ABŞ arasında razılaşma olsa da, faktiki olaraq İran münaqişəni Livanda davam etdirir. İran rəsmiləri bildirir ki, atəşkəsə əsasən İsrail Livana qarşı hərbi əməliyyatları dayandırmalıdır. Lakin Tel-Əviv isə ABŞ-la İran arasında əldə olunan razılaşmanın Livandakı əməliyyatlara aid olmadığını vurğulayır. Bu isə onu deməyə əsas verir ki, rəsmi Tehran atəşkəsə müəyyən mənada əməl etməyəcək.”

Politoloq qeyd edib ki, Benyamin Netanyahu rəhbərlik etdiyi İsrail hökuməti hazırda zamanla yarışır:

“Netanyahu anlayır ki, Donald Tramp istənilən anda ona zəng edərək Livana qarşı əməliyyatları dayandırmağı tələb edə bilər. Belə bir halda isə İsrail baş naziri bu çağırışa əməl etmək məcburiyyətində qalacaq.”

A.Muradlının fikrincə, məhz bu səbəbdən İsrail tərəfi əməliyyatların intensivliyini artırmağa çalışır:

“Netanyahu həmin zəngə qədər Hizbullah təşkilatının Livandakı mövqelərinə daha çox zərbə endirməkdə israrlıdır və bunu son əməliyyatlarda da müşahidə etdik. Lakin artıq bu əməliyyatlar sərhədləri xeyli aşıb, mülki əhali arasında itkilər artır.”

Politoloq əlavə edib ki, regiondakı vəziyyət enerji təhlükəsizliyinə də təsirsiz ötüşmür:

“İsrailin Livanda hərbi əməliyyatları davam etdirməsi fonunda İran Hörmüz boğazı vasitəsilə tankerlərin keçidinə yenidən maneələr yaradır. Bütün bu amillər göstərir ki, mövcud atəşkəs olduqca kövrəkdir.”



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki