Əgər ABŞ-ın regional ölkələrdəki hərbi bazaları İrana qarşı hücumlar üçün istifadə olunarsa, onlar İslam Respublikası üçün qanuni hədəflərə çevriləcək.
Korrekt.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi “Tasnim” agentliyinə istinadən məlumat verib.
“Biz region ölkələrini xəbərdar etmişik ki, əgər ABŞ bazaları İrana qarşı təcavüz üçün istifadə olunarsa, onlar bizim qanuni hədəflərimizə çevriləcək”, – deyə o bildirib.
Əraqçi İranın cavabının regional ölkələrin ərazilərinə deyil, ABŞ bazalarına yönəldiyini vurğulayıb: “Bu kontekstdə Səudiyyə Ərəbistanı xarici işlər naziri ilə daim əlaqə saxlayırıq. Regiondakı bir çox ölkə öz hava məkanının İrana qarşı istifadəsinə qarşı idi, amma təəssüf ki, ABŞ bu fürsətlərdən bizə qarşı istifadə etdi”.





















