İranın Ermənistandakı səfiri Xəlil Şirqolami jurnalistlərin suallarını cavablandıraraq Zəngəzur dəhlizi məsələsinə toxunub:
“Ermənistan hökuməti “Tramp yolu”nun həyata keçirilməsinin İran üçün heç bir çətinlik və ya təhdid yaratmayacağına zəmanət verdi.
Hesab edirəm ki, Ermənistanın blokadanı qaldırmaq imkanını reallaşdıra biləcəyi bir mexanizm yaratmalıyıq, lakin bununla yanaşı, ABŞ-ın (regionda – ANSPress) mövcudluğunun mümkün risklərini və İrana qarşı mümkün təhdidləri idarə etmək və aydın cavab vermək lazımdır”, – deyə o qeyd edib.
***

Bu arada İran mətbuatı “sərhədlərin toxunumazlığı”, “qırmızı xətlər”, “erməni xalqının qayğıları” kimi riyakar nağıllarını qırağa qoyaraq, açıq şəkildə Zəngəzur dəhlizinin İran ərazisindən keçən Bakı-Naxçıvan xəttinin tranzit yükünü azaldacağı və Tehranın regiondakı tranzit çəkisini zəiflədəcəyindən yazırlar.
İran mətbuatı ABŞ-Ermənistanın TRİPP Strateji Müqaviləsini “İranın tranzit dəhlizlərindəki mövqeyi üçün həyəcan təbili” adlandırıb.





















