image-33backend

İran: Zənginləşdirilmiş uranla bağlı heç bir danışıq aparılmayıb

image-ads-728x90

Zənginləşdirilmiş uranla bağlı heç bir danışıq aparılmayıb.

Korrekt.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bugünkü brifinqdə ABŞ Prezidenti Donald Trampın İranın zənginləşdirilmiş uran məsələsinin həllində Çinin köməyi ilə bağlı iddiasına münasibət bildirərkən deyib.

Bəqainin sözlərinə görə, İran nüvə məsələsi üzrə nə vaxt zərurət yaransa, hansı addımı atacağını yaxşı bilir və bu mərhələdə nüvə mövzuları ilə bağlı heç bir danışıq aparılmayıb.

O əlavə edib ki, qarşı tərəf daim mövqeyini dəyişir, yeni tələblər irəli sürür və ziddiyyətli mesajlar göndərir, bu isə danışıqlar prosesini uzadır.

Bəqai nüvə danışıqlarının mümkün gedişi ilə bağlı əlavə detal verməyib.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki