image-1backend

İranda “casus ovu”: ABŞ və İsrailə məlumat ötürən 500 nəfər saxlanıldı

image-ads-728x90

Polis rəisi açıqladı: zərbə hədəflərini ötürənlər və hücum yerlərini çəkənlər də həbs olunub
İranda xarici qüvvələrə məlumat ötürməkdə şübhəli bilinən yüzlərlə şəxs saxlanılıb.

Korrekt.az xəbər verir ki, ölkənin polis rəisi Əhmədrza Radan ABŞ və İsrailə informasiya ötürməkdə ittiham olunan 500 nəfərin həbs edildiyini açıqlayıb.

Radanın sözlərinə görə, saxlanılanların təxminən yarısı ciddi hadisələrdə iştirak etməkdə şübhəli bilinir. Bu şəxslərin bəzilərinin zərbə endiriləcək hədəflər barədə məlumat ötürdüyü, bəzilərinin isə hücum yerlərinin görüntülərini çəkərək qarşı tərəfə göndərdiyi iddia olunur.

İran mediası ölkənin müxtəlif bölgələrində də həbslərin həyata keçirildiyini bildirir. Məlumata görə, ölkənin şimal-qərbində 20 nəfər hərbi və təhlükəsizlik obyektlərinin koordinatlarını İsrailə göndərməkdə ittiham olunaraq saxlanılıb.

Şimal-şərq bölgəsində isə daha 10 nəfərin həbs edildiyi və onların strateji obyektlər, həmçinin iqtisadi infrastruktur barədə məlumat topladığı qeyd olunur.

Bundan başqa, Lorestan vilayətində üç nəfərin “ictimai rəyi qarışdırmaq və təxribat törətmək cəhdi” ilə saxlanıldığı bildirilir.

İran rəsmiləri iddia edirlər ki, ABŞ və İsrailin ölkəyə zərbələri fonunda kəşfiyyat fəaliyyəti və casusluq şəbəkələrinə qarşı əməliyyatlar daha da gücləndirilib.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki