İranın ali rəhbəri Müctəba Xameneyinin İslam Respublikasının yüksək vəzifəli rəsmiləri ilə əlaqələri son sutka ərzində fasilələrlə davam edib.
Korrekt.az xəbər verir ki, dünən İsrailə qarşı həyata keçirilən bəzi əməliyyatlar ali rəhbərliyin ofisi ilə birbaşa əlaqələndirilmədən, əvvəlcədən müəyyən edilmiş hərbi protokollar əsasında icra olunub.
Bildirilir ki, İsrailin Beyrutun cənub ətrafına hücumuna cavab olaraq həyata keçirilən əməliyyatların sürəti səbəbindən Müctəba Xameneyi ilə mesajlaşma yolu ilə koordinasiya aparmaq mümkün olmayıb.
Bundan əlavə İranın müxalif telegram kanalları iddia edir ki, SEPAH və Müctəba Xameneyinin ofisi arasında ciddi fikir ayrılıqları var. Bu fikir ayrılıqları bəzi mühüm məsələlərin kordinasiyasında özünü açıq şəkildə biruzə verir.




















