Kərəc şəhərində ölkənin yeni ali lideri Müctəba Xameneyi ilə bağlı satirik məzmunlu vərəqələrin yayıldığı bildirilir.
Korrekt.az xəbər verir ki, sosial mediada paylaşılan görüntülərə əsasən, şəhərin müxtəlif nöqtələrinə yerləşdirilən vərəqələrdə Müctəba Xameneyi “itkin düşmüş şəxs” kimi təqdim olunur.
Vərəqələrdə onun sonuncu dəfə fevralın 28-də göründüyü vurğulanır. Elanlarda, habelə, Müctəba Xameneyinin yaşı, boyu, çəkisi, saç və dəri rəngi kimi şəxsi məlumatları da yer alıb.
Satirik elanlarda onu tapacaq və ya haqqında məlumat verəcək şəxslərə 1 milyon tümən (təxminən 6 ABŞ dolları) məbləğində mükafat vəd olunur. Mətnin sonunda isə istehzalı şəkildə “təhlükəli və aqressiv reaksiya verə bilər” ifadəsi işlədilərək, onu görənlərdən İran Silahlı Qüvvələrinin Qərargahı ilə əlaqə saxlaması tövsiyə edilir.





















