image-1backend

İranda yüzlərlə “Bəsic” üzvü öldürülüb

image-ads-728x90

İsrailin son hava hücumları nəticəsində yarıhərbi radikal “Bəsic” qüvvələri arasında ağır itkilərin olduğu açıqlanıb.

Korrekt.az “Iran International” telekanalına istinadən  xəbər verir ki, dünən gecə baş verən hücumlarda təxminən 300 “Bəsic” komandanı və üzvü həlak olub. Bildirilir ki, əsas zərbə yüzlərlə avtomobil və motosikletin saxlanıldığı texniki xidmət bölməsinə endirilib.

Məlumatda qeyd olunur ki, SEPAH-a məxsus Tehrandakı strateji mərkəzlər də hədəf alınıb. Bu hərbi obyektlər arasında “xalq etirazlarının yatırılmasında əsas qüvvə” kimi xarakterizə edilən “Məhəmməd Rəsulullah Korpusu”nun qərargahının da olduğu bildirilir.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki