İranın ərəbdilli “NAYA” Telegram kanalı keçmiş İran prezidenti İbrahim Rəisinin ölümünün ildönümü ilə bağlı animasiya yayımlayıb.
Korrekt.az xəbər verir ki, paylaşımda “LEGO stilində çəkilmiş animasiya İranın məşhur prezidentinin səyahətini əks etdirir” ifadəsi yer alıb. Ancaq burada əsas diqqət çəkən məqam hadisənin Rəisinin Azərbaycan Prezidenti ilə görüşdən sonra baş verməsinə eyham vurulmasıdır. Azərbaycana qarşı əsassız ittihamlar yenidən animasiya ilə gündəmə gətirilib. Eyni zamanda, videoda onun ölümündə İsrailin əlinin olduğuna dair görüntülər yer alıb.
Qeyd edək ki, İbrahim Rəisi 2024-cü il 19 may tarixində Azərbaycanla sərhəddə yerləşən “Xudafərin” və “Qız Qalası” su anbarlarının açılış mərasimindən qayıdarkən helikopter qəzasında həlak olub.
Hadisədən sonra İran Silahlı Qüvvələrinin Baş Qərargahı tərəfindən yayılan yekun bəyanatda qəzanın əsas səbəbi kimi əlverişsiz hava şəraiti göstərilib.





















