ABŞ rəsmisi cümə günü Reuters agentliyinə bildirib ki, İranın Səudiyyə Ərəbistanındakı Şahzadə Sultan hava bazasına endirdiyi zərbə nəticəsində 12 amerikalı hərbçi yaralanıb, onlardan ikisi ağır vəziyyətdədir.
Korrekt.az xəbər verir ki. son məlumatlara görə, 28 fevralda İrana qarşı müharibənin başlamasından bəri 300-dən çox Amerika əsgəri yaralanıb.
Cümə günü ABŞ ordusu onlardan 273-nün artıq xidmətə qayıtdığını açıqladı.
Münaqişə zamanı on üç Amerika əsgəri həlak olub.





















