Bu gün İranın ali rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti “X” hesabında Zəngəzur dəhlizi ilə bağlı absurd açıqlama verib.
Korrekt.az xəbər verir ki, o, bildirib ki, Qafqazda geosiyasi hesablamaların dəyişməsi və “Tramp dəhlizi” (Zəngəzur dəhlizi) ifadəsinin aktuallığını itirməsi regional nəqliyyat xətlərinin formalaşmasında yeni mərhələnin başladığını göstərir.
“Regional dəhlizlərin xəritəsi artıq Vaşinqtonun təzyiq və təhdidləri ilə deyil, “Tehranın meydandakı reallıqları” ilə müəyyən olunur”, – deyə, o iddia edib.
Vilayəti qeyd edib ki, ABŞ-nin bölgədəki siyasəti daxili problemlərlə paralel şəkildə çətinləşir və Vaşinqton “gündəlik İran təhdidləri” və iqtisadi problemlər arasında balans yaratmağa çalışır.
O, ABŞ-də inflyasiya və enerji bazarındakı vəziyyətə də toxunaraq, Vaşinqtonun daxili inflyasiyanı cilovlamaq üçün neft qiymətlərinin düşməsinə ehtiyacı olduğunu deyib.





















