image-defaultbackend

İranın vitse-prezidenti israillilərə səsləndi: Hazır olun

image-ads-728x90

İranın vitse-prezidenti Saqhab Esfahani israilliləri yaxın 48 saat ərzində zəruri ehtiyat toplamağa çağırıb.
Korrekt.az xəbər verir ki, o, martın 10-da sosial media hesabında paylaşdığı açıqlamada bildirib ki, İsrail sakinləri, eləcə də İranın rəqiblərinə dəstək verən ölkələrdə yaşayan şəxslər qabaqlayıcı tədbirlər görməlidirlər.
“İsrail sakinlərinə və İranın düşmənlərinə ev sahibliyi edən ölkələrdə yaşayanlara növbəti 48 saat ərzində su ehtiyatı toplamaq və mobil telefonlarını doldurmaq tövsiyə olunur”, – deyə vitse-prezident qeyd edib.
Bu açıqlama ABŞ-ın İranı Hörmüz boğazına girişlə bağlı xəbərdarlıq etməsi fonunda səsləndirilib. Vaşinqton bildirib ki, əgər İran iki gün ərzində boğaza daxil olmasa, güc tətbiqi variantı istisna edilmir.
Mütəxəssislər hesab edirlər ki, bu cür bəyanatlar regionda gərginliyin daha da artdığını göstərir və tərəflər arasında qarşıdurma riskini yüksəldir.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki