İran parlamentinin erməni əsilli deputatı Ara Şahverdyan Ermənistanda həyata keçirilən bir sıra tikinti və infrastruktur layihələrində İran şirkətlərinin rolunun artdığını bildirib.
Korrekt.az xəbər verir ki, onun sözlərinə görə, hazırda Ermənistanda reallaşdırılan texniki, mühəndislik və tikinti layihələrinin təxminən üçdə ikisi İran podratçıları tərəfindən icra olunur.
Şahverdyan qeyd edib ki, İran şirkətlərinin Ermənistandakı fəaliyyəti İran Prezidenti Məsud Pezeşkianın ötən ilin avqustunda İrəvana səfərindən sonra daha da genişlənib.
Deputatın sözlərinə görə, İran şirkətləri hazırda Ermənistanın Şimal–Cənub nəqliyyat dəhlizi çərçivəsində tunellərin, körpülərin və digər mühüm infrastruktur obyektlərinin tikintisində iştirak edir.
Ara Şahverdyan əlavə edib ki, Ermənistan öz ərazisinin İrana qarşı istifadəsinə imkan verməyəcəyini dəfələrlə bəyan edib və Tehranla İrəvan arasında tarixi dostluq münasibətlərinin qorunmasına sadiqdir.





















