image-1backend

İranlı general: Geri çəkilməyəcəyik

image-ads-728x90

İran hegemonluq axtaran güclər qarşısında geri çəkilməyəcək. Korrekt.az xəbər verir ki, bu fikirləri İran Silahlı Qüvvələrinin sözçüsü general-mayor Əbülfəzl Şəkarçi   ABŞ-ın ölkənin cənubundakı mərkəzlərə son təcavüzünə cavabından sonra deyib.

İranın hərbi sözçüsü ölkəsinin ABŞ prezidenti Donald Trampın hər bir təhdidinə davamlı olaraq sərt cavab verdiyini bildirib.

Şəkarçi ABŞ prezidentinin son açıqlamalarını şərh edərkən bildirib ki, “Trampın etdiyi hər bir təhdid bizdən sərt cavab aldı və biz bunu praktikada nümayiş etdirdik”.

O əlavə edib ki, 13 iyun 2025-ci ildən bəri İran dəfələrlə istənilən təhdidə mütənasib şəkildə cavab verəcəyini, cavabların “əvvəlkindən daha sərt, daha güclü və daha qətiyyətli” olduğunu nümayiş etdirib.

Yüksək rütbəli hərbi sözçü İranın qlobal hegemon sistem və onun düşmənləri, xüsusən də Tramp və İsrailin Baş naziri Benyamin Netanyahu qarşısında heç vaxt geri çəkilməyəcəyini vurğuladı.

Şəkarçi dedi: “Narahatlığa qətiyyən əsas yoxdur. Allahın dəstəyi və rəhbərliyi ilə düşməni məğlub etmək əzmindəyik və Allahın qoyduğu kimi, buna nail olacağıq.”



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki