İsrail Baş Təhlükəsizlik Xidmətinin (Şi’bak) direktoru David Zini Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) gələrək Fələstin Milli Muxtariyyətinin (PAA) Qəzza zolağındakı Preventiv Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Məhəmməd Dahlan ilə görüşüb. Korrekt.az xəbər verir ki, bu barədə İsrailin dövlət televiziya və radio şirkəti Kan öz mənbələrinə istinadən məlumat yayıb.
Departament rəhbərinin BƏƏ-yə səfəri və Fələstin qüvvələrinin nümayəndəsi ilə görüşməsi faktını rəsmi olaraq təsdiqləsə də, təkzib də etməyib.
Daha əvvəl “The Wall Street Journal” qəzeti ABŞ, İsrail və ərəb ölkələrinin hazırda BƏƏ-də yaşayan Dahlanı münaqişə bitdikdən sonra Qəzza zolağına rəhbərlik edə biləcək bütün tərəflər üçün məqbul olan kompromis fiqur kimi gördüyünü bildirmişdi.





















