Bu gün İsrail İran vətəndaşlarına qatarlarda səyahətdən çəkinməyi tövsiyə edib. Korrekt.az xəbər verir ki, İsrail Müdafiə Qüvvələrinin özünün farsdilli “X” hesabında məlumat yayıb.
İsrail Müdafiə Qüvvələri (IDF) İran vətəndaşlarını təhlükəsizlik səbəbləri əsasasında İran vaxtı ilə saat 21:00-a qədər qatarlarda səyahət etməkdən çəkinməyə çağırıb.
IDF-nin təqaüdçü sözçüsü Kamal Penhasi bildirib ki, dəmir yollarında və ya qatarlarda olmaq həyat üçün təhlükə yarada bilər. O, əlavə edib:
“Əziz vətəndaşlar, təhlükəsizliyiniz üçün sizdən bu axşama qədər qatarlarda səyahət etməkdən və ya dəmir yolu relslərinin yaxınlığında olmaqdan çəkinməyinizi xahiş edirik”.





















