image-default-1backend

İsrail ordusu: Livanda SEPAH generalı öldürülüb

image-ads-728x90

İsrail ordusu Livanda həyata keçirilən hava zərbəsi nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun  generallarından  birinin öldürüldüyünü açıqlayıb.

Korrekt.az xəbər verir ki, The Times of İsrael qəzetinin məlumatına görə, İsrail ordusu bu həftə Livanda keçirilən hava hücumu zamanı İİKK ilə əlaqəli yüksək vəzifəli şəxsin zərərsizləşdirildiyini bildirib.

Açıqlamada qeyd olunur ki, çərşənbə günü baş verən hücum nəticəsində Hişam Əbdül-Kərim Yassin öldürülüb. Bildirilir ki, o, Hizbullah təşkilatının rabitə bölməsində və SEPAH-ın xarici əməliyyatlar üzrə bölməsi olan Quds ordusunun əsas komandirlərdən biri kimi fəaliyyət göstərib.

İsrail ordusunun məlumatına görə, həmin bölmə Hizbullah daxilində rabitənin fasiləsizliyinin təmin edilməsinə cavabdeh olub. Yassin həmçinin təşkilat tərəfindən istifadə olunan rabitə sistemlərinin hazırlanması, saxlanılması və istismarına nəzarət edib.
Hadisə ilə bağlı rəsmi Tehranın və ya Hizbullahın hələlik açıqlama vermədiyi bildirilir.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki