image-1backend

İsrailin cəsus qızları ərəb ölkələrini necə məğlub etdi? – Altıgünlük müharibənin gizlinləri…

image-ads-728x90

1967-ci il iyunun 5-də başlayan və tarixə Altıgünlük müharibə kimi düşən qarşıdurma Yaxın Şərqin taleyini köklü şəkildə dəyişdirən hadisələrdən biri oldu. Cəmi altı gün davam edən bu müharibə regionda qüvvələr balansını İsrailin xeyrinə dəyişdi və təsirləri bu günə qədər davam edir.

Müharibə nəticəsində İsrail Misir, Suriya və İordaniya üzərində qəti hərbi üstünlük əldə edərək ərazisini təxminən 3–4 dəfə genişləndirdi. Bu prosesdə yüz minlərlə fələstinli öz torpaqlarını tərk etmək məcburiyyətində qaldı və qaçqın probleminin miqyası daha da böyüdü.

Müharibə həm də ərəb dünyasında ideoloji dönüş nöqtəsi oldu. Camal Əbdül Nasir liderliyində formalaşan pan-ərəbizm ideologiyası ciddi zərbə aldı. Bu məğlubiyyət göstərdi ki, Fələstin məsələsini yalnız ümumərəb birliyi çərçivəsində həll etmək mümkün deyil. Nəticədə fələstinlilər müstəqil siyasi və hərbi təşkilatlanmaya yönəldilər.

1960-cı illərdə regionda gərginlik tədricən artırdı. İsrail hərbi baxımdan güclənir, eyni zamanda ABŞ və Qərb dövlətləri ilə münasibətlərini inkişaf etdirirdi. Digər tərəfdən, Misir və Suriya SSRİ dəstəyi ilə silahlanırdı.

1967-ci ilin mayında Misirin Sinay yarımadasına qoşun yeritməsi və Tiran boğazını İsrail gəmilərinə bağlaması müharibənin əsas tətik mexanizmlərindən biri oldu. Ardınca Misir, İordaniya və İraq arasında hərbi ittifaqlar quruldu və region genişmiqyaslı müharibə astanasına gəlib çıxdı.

İsrail isə bu savaşa gizli hazırlıqlar həyata keçiridir. Ən maraqlısı isə Misir pilotlarının İsrailin göndərdiyi cəsuslar tərəfindən ələ alınması idi. Cəsus qızlar pilotları öz tərəflərinə çəkə bilmişdilər. Misir Hava Qüvvələrinin hücuma kecəcəyini öyrənən cəsus qızlr məlumatları öz ölkələrinə ötürdülər. Vaxtın az olduğunu nəzərə alan İsrail  5 iyun 1967-ci ildə həyata keçirilən hava hücumları nəticəsində Misirin hava qüvvələrinin böyük hissəsi qısa müddətdə məhv edildi. Ardınca Suriya və İordaniyanın da hava qüvvələri oxşar aqibətlə üzləşdi.

Havada üstünlüyü ələ keçirən İsrail quru əməliyyatlarına başladı. Qısa müddətdə Sinay yarımadası, Qəzza zolağı, Qərb sahili, Şərqi Qüds və Qolan təpələri İsrailin nəzarətinə keçdi. Ümümilikdə 320 təyyarə bir gecədə məhv edildi. Həmçinin müharibə ərəfsində İsrailli cəsus qızlar bütün radioəlaqəni ələ keçirdi.

Müharibənin ən mühüm nəticələrindən biri Qüdsün şərq hissəsinin İsrail tərəfindən işğalı oldu. Bu hadisə beynəlxalq müstəvidə uzunmüddətli mübahisələrin əsasını qoydu.

Digər mühüm nəticə isə pan-ərəbizmin zəifləməsi və ərəb ölkələrinin siyasətində ciddi dəyişikliklərin baş verməsi idi. Bundan sonra Fələstin məsələsində əsas rolu Fəth hərəkatı və onun lideri Yasir Ərafat oynamağa başladı.

Müharibə həm də böyük humanitar fəsadlara səbəb oldu. Təxminən 250 mindən çox fələstinli və 100 mindən artıq suriyalı qaçqın vəziyyətinə düşdü.

Altı günlük müharibə Yaxın Şərq tarixində dönüş nöqtəsi olmaqla yanaşı, bu gün də davam edən geosiyasi problemlərin əsasını qoydu. Regionda sərhədlərin dəyişməsi, ideoloji transformasiyalar və davam edən münaqişələr bu qısa, lakin təsirli müharibənin uzunmüddətli nəticələridir.

Qoşqar Salmanlı



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki