Teleaparıcı Zamirə Dadaşova sosial şəbəkə hesabında paylaşım edərək “İtaliano Parati” mağazasından şikayətçi olduğunu bildirib.
“Xəbərsiz” xəbər verir ki, aparıcının sözlərinə görə, o, Həsən Əliyev küçəsi 15 ünvanında yerləşən “İtaliano Parati” mağazasından ümumi dəyəri 2300 manat olan divar kağızları alıb. O iddia edir ki, ödənişləri nağd şəkildə etsə də, ona rəsmi kassa çeki təqdim edilməyib, yalnız qaimə verilib.
Zamirə Dadaşovanın bildirdiyinə görə, aldığı divar kağızlarından biri xarici istehsal adı ilə təqdim olunsa da, sonradan yerli istehsal olduğu məlum olub. Onun sözlərinə əsasən, həmin divar kağızı vurulduqdan sonra bəzi hissələrdə qaralma və rəng dəyişikliyi yaranıb.





















