image-1backend

Kimlər hərbi xidmətə yararsız sayılır? – Rəsmi açıqlama

image-ads-728x90
Hər il hərbi xidmətə çağırış prosesi başladıqda cəmiyyətdə eyni suallar yenidən gündəmə gəlir.
Vətəndaşların bir qismi hərbi xidmətə cəlb olunsa da, müəyyən kateqoriyaya aid şəxslər sağlamlıq vəziyyəti, fiziki göstəriciləri və ya qanunvericilikdə nəzərdə tutulan digər əsaslara görə hərbi xidmətə yararsız hesab edilir.
Bəs kimlər hərbi xidmətə gedə bilməz?
Məsələ ilə bağlı AZXEBER.COM-a açıqlama verən SHXÇDX-nin İctimaiyyətlə iş və beynəlxalq əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov bildirib ki, hərbi xidmətə yararlılıqla bağlı hamıya şamil olunan vahid meyar mövcud deyil:

“Vətəndaşlara möhlət hüququ sağlamlıq vəziyyətinə, ailə vəziyyətinə, təhsilinə və qanunvericilikdə nəzərdə tutulan digər əsaslara görə verilə bilər. Buna görə də “kimlər hərbi xidmətə gedə bilər, kimlər gedə bilməz” sualına ümumi cavab vermək düzgün deyil. Hər bir vətəndaşın vəziyyəti fərdi qaydada araşdırılır və qiymətləndirilir”.

Onun sözlərinə görə, cəmiyyətdə bəzi sağlamlıq problemlərinin hərbi xidmətə yararsızlıq üçün kifayət etdiyi barədə yanlış təsəvvür formalaşıb:
“Çoxları hesab edir ki, ayağının altı düz olan şəxs hərbi xidmətə aparılmır. Halbuki ayağın altının düz olmasının da müxtəlif dərəcələri var. Eyni qayda skolioza da aiddir. Bundan başqa, göz, diş, daxili orqan xəstəlikləri, əlillik dərəcəsi və digər tibbi göstəricilər də qiymətləndirilir. Buna görə də yalnız bir sağlamlıq göstəricisinə əsasən şəxsin hərbi xidmətə yararlı və ya yararsız olduğunu söyləmək düzgün deyil”.
Pərviz Sədrəddinov qeyd edib ki, sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlılıq meyarları Nazirlər Kabinetinin 59 nömrəli Qərarı ilə tənzimlənir.


image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki