image-2backend

“Kipr Azərbaycan Evi”ndə görüş keçirildi -FOTOLAR

image-ads-728x90

Bu gün Azərbaycan Turizm və Menecment Universitetinin Turizm biznesi kafedrasının müdiri, dosent Hafiz Hüseynov və Mehmanxana və restoran işi kafedrasının müdiri, s.ü.f.d., dosent Tərlan Növrəstli  “Kipr Azərbaycan Evi”ni ziyarət ediblər. Mərkəz  “Lefke Avropa Universiteti”nin dəstəyi ilə fəaliyyət göstərir.

Ziyarət çərçivəsində qonaqlar mərkəzin qurucusu, Millennium Turizm və Konqres DMC şirkətlərinin direktoru Ruslan Quliyev ilə görüşüblər.

Görüş zamanı turizm və xidmət sahəsində sənaye ilə universitetlər arasında əməkdaşlığın genişləndirilməsi, tələbələrin praktiki bilik və bacarıqlarının artırılması, eləcə də gənclərin karyera imkanlarının inkişafı ilə bağlı geniş fikir mübadiləsi aparılıb. Tərəflər turizm sektorunun müasir tələblərinə uyğun kadr hazırlığının əhəmiyyətini xüsusi vurğulayaraq, yeni peşə standartlarının tətbiqi və əmək bazarının tələblərinə uyğun bacarıqların formalaşdırılması istiqamətində birgə fəaliyyət imkanlarını müzakirə ediblər.

Söhbət zamanı həmçinin tələbələrin istehsalat təcrübələrinin təşkili, turizm sənayesi nümayəndələri ilə akademik mühit arasında əlaqələrin daha da gücləndirilməsi, müxtəlif təlim proqramları və birgə layihələrin həyata keçirilməsi kimi məsələlər diqqət mərkəzində olub. Görüşdə turizm sahəsində innovativ yanaşmaların tətbiqi, beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsi və gənclərin peşəkar inkişafına dəstək verən təşəbbüslərin əhəmiyyəti də xüsusi qeyd edilib.

Tərəflər belə görüşlərin gələcəkdə daha sıx əməkdaşlığın qurulması üçün mühüm platforma olduğunu bildirərək, turizm sahəsində bilik və təcrübə mübadiləsinin davam etdirilməsinin vacibliyini vurğulayıblar. Görüş səmimi və konstruktiv mühitdə keçib və gələcək birgə layihələr üçün yeni perspektivlərin formalaşmasına töhfə verib.

Sonda qonaqlar xatirə dəftərinə öz arzu və diləklərini yazıblar.

image-1 image-2 image-3 image-4



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki