image-1backend

Bu  Avropa ölkəsində sosial şəbəkələr bloklanır

image-ads-728x90

Fransa hökuməti hakimiyyət orqanlarının tələbi ilə üsyan və zorakılığa çağırışlar ehtiva edən paylaşımları silməyən sosial şəbəkələri bloklamaq niyyətindədir.

Korrekt.az xəbər verir ki, bu barədə “Le Figaro” qəzeti artıq parlamentin müzakirəsinə təqdim edilmiş iğtişaşlarla mübarizə haqqında qanun layihəsinə edilən düzəlişə istinadən məlumat verir.

Təşəbbüsə əsasən, internet platformaları terrorizmə, üsyana və ya dövlətə və əhalinin ayrı-ayrı qruplarına qarşı silahlı mübarizəyə çağırışlar ehtiva edən materialları maksimum bir saat ərzində silməlidirlər. Bu tələbə əməl edilmədiyi təqdirdə, hakimiyyət orqanları sosial şəbəkələri bloklaya və ya onların axtarış motorlarının nəticələrindən silinməsini tələb edə biləcəklər.

Yeni düzəliş həmçinin internetdə qanunsuz məzmunu aşkarlamaqdan məsul olan dövlətə məxsus “Pharos” platformasının səlahiyyətlərini genişləndirir. Sosial şəbəkələrə qətl, zorakılıq, oğurluq və əmlakın məhv edilməsinə çağırışlar ehtiva edən paylaşımları silmək üçün 24 saat vaxt verilməsi təklif olunur.

Təşəbbüs 17 oktyabr etirazları ilə müşayiət olunan kütləvi iğtişaşlardan sonra hazırlanıb. Bazar ertəsi günü Fransa prezidenti Emmanuel Makron Marselə səfəri zamanı sosial şəbəkələrin hərəkətləri əlaqələndirmək və iştirakçıları hücumlar və talanlar baş verən yerlərdə toplamaq üçün istifadə edildiyini açıqlayıb.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki