image-1backend

İş icazəsi ilə bağlı qaydalar dəyişir: Bu şəxslərə şamil olunacaq

image-ads-728x90

Milli Məclisin bugünkü plenar iclasında əcnəbilərə və vətəndaşlığı olmayan bəzi şəxslərə müvəqqəti yaşamaq üçün uzunmüddətli icazə verilməsini nəzərdə tutan qanun layihəsi müzakirə olunaraq birinci oxunuşda qəbul edilib.

Korrekt.az xəbər verir ki, bununla əlaqədar Miqrasiya Məcəlləsinə müvafiq dəyişikliklər təklif olunur.

Qanun layihəsinə əsasən, ölkədə iş icazəsinin alınması tələb olunmayan hallara münasibətdə subyektlər dairəsinin genişləndirilməsi nəzərdə tutulur. Təklifə görə, aqroparkın rezidenti olan hüquqi şəxslərin rəhbərləri və onların müavinləri, habelə həmin rezidentlər tərəfindən Azərbaycan ərazisində əmək fəaliyyətinə cəlb edilən və müvafiq sahədə təcrübəyə malik aqronomlar, bağçılıq üzrə mütəxəssislər və baytar həkimlər bu istisnalar dairəsinə daxil edilir.

Miqrasiya tənzimləmələri çərçivəsində sözügedən icazələrin 2027-ci il yanvarın 1-dən 2032-ci il yanvarın 1-dək olan dövrü əhatə etməsi planlaşdırılır.

Qanun layihəsi parlamentdə keçirilən müzakirələrdən sonra səsverməyə çıxarılaraq birinci oxunuşda təsdiqlənib.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki