image-1backend

Kiyev ballistik raketlərlə vuruldu

image-ads-728x90

2 iyun gecəsi Rusiya Ukraynaya qarşı genişmiqyaslı birləşmiş hücuma keçib.

Korrekt.az xəbər verir ki, hücumlarda dron qruplarından, ballistik raketlərdən və qanadlı raketlərdən istifadə edilib.Kiyev, Xarkov, Dnepr, Sumı və Zaporojye şəhərlərinə zərbələr endirilib.

Kiyevdə yaşayış və digər sektorlara ziyan dəyib, dörd nəfər həlak olub və 58 nəfər yaralanıb. Xarkovda inzibati binalar və mənzillər zərər görüb, 10 nəfər (bir uşaq da daxil olmaqla) yaralanıb.
Dneprdə bir neçə mənzil dağıdılıb, 36 nəfər yaralanıb və altı nəfər həlak olub.

***

Krasnodar diyarındakı İlski Neft Emalı Zavodunda Ukrayna pilotsuz təyyarəsinin hücumu nəticəsində yanğın baş verib.

İlkin məlumatlara görə, heç kim ölməyib.

Təcili yardım və xüsusi xidmət orqanları hadisə yerində işləyir, əməliyyat qrupu təsdiqləyib.

Kubanda Ukrayna pilotsuz təyyarəsinin parçaları çoxmənzilli binanın ərazisinə düşüb. Əməliyyat qrupunun məlumatına görə, heç kim ölməyib.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki