image-80ef86535da6c45b685d2f13efde95c3backend

Kremlə ağır zərbə: strateji bombardmançıların baş mühəndisi öldürüldü

image-ads-728x90

Rusiyanın strateji aviasiyası ilə bağlı çalışan mühəndis öldürülüb.

Korrekt.az xəbər verir ki, ukraynalı bloqer Sergey İvanovun yaydığı məlumata görə, Samarada Aviasiya Mühərrikləri üzrə “Kuznetsov” Konstruktor Bürosunun istilik fizikası və qaz dinamikası şöbəsinin rəhbəri Andrey Tisarev izlənilərək bıçaqlanıb.

İvanov bildirib ki, əməliyyat “Budanov dəstələri” adlı könüllü bölmə tərəfindən həyata keçirilib.

Məlumata görə, Tisarev Rusiyanın uzaqmənzilli strateji aviasiyası üçün güc qurğularının hazırlanması və texniki xidmətində iştirak edib. O, Tu-95MS və Tu-22M3 strateji bombardmançıları üçün mühərriklərin hazırlanması üzərində çalışan mütəxəssislərdən biri olub.Musavat.com



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki